29 Mart, 2015
Azərbaycan millisinin futbolçusu 5 ay oynamayacaq

Azərbaycan – Malta görüşünün 22-ci dəqiqəsində zədələnərək meydanı tərk etməyə məcbur olan Namiq Ələsgərov 5 ay yaşıl meydanlardan uzaq qalacaq. Simsar.az “Qarabağ” Futbol Klubunun rəsmi saytına istinadən xəbər verir ki, MR müayinəsindən sonra futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Müayinə zamanı məlum olub ki, Ələsgərovun ön çarpaz bağları sıradan çıxıb.

Namiq Ələsgərov futboldan kənar qalacağı üçün təəssüfləndiyini dilə gətirib: “Heç bir futbolçu zədələnmək istəməz. Amma bu oyunda zədələr qaçınılmazdır. İndi əməliyyat lazımdır. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!