29 Mart, 2015
“Qarabağ” – “İnter” oyununun məkanı dəyişdirildi

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, “İnter”lə Premyer Liqanın 27-ci turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib.

Simsar.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir.

PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da “Bakcell Arena”da başlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!