29 Mart, 2015
Qəzaya uğrayan təyyarə ilə bağlı yeni XƏBƏR

Ekspertlər Fransada Alp dağlarına çırpılan Airbus A320 təyyarəsinin “qara qutu”sundakı səs yazısının stenoqramını açıqlayıblar.

Simsar.az xarici mətbuata isitnadən xəbər verir ki, 1,5 saatlıq stenoqramı ilk olaraq Almaniyanın “Bild” qəzeti yayıb. Səs yazısında birinci pilotun uçuş kabinəsinin qapısını bağlayan Andear Lubitsya “bu zəhrimara qalmış qapını aç” deməsi və arxa fonda sərnişnlərin çığırması yer alıb.

Birinci pilot qəzaya qədər 20 dəqiqə ərzində həmkarından qapını açmasını xahiş edib. Toqquşmaya 5 dəqiqə qalmış isə uçuş kabinəsinin qapısına bərk zərbələrin endirilməsi eşlidilir. Güman olunur ki, səslər birinci pilotun balta ilə endirdiyi zərbələrin səsidir.
Marsel prokuroru Boris Roben 150 nəfərin həlak olduğu hava qəzasında sərnişinlərin son ana qədər heç nədən şübhələnmədiklərini və bir andaca öldüklərini deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!