29 Mart, 2015
Türkiyə Bakıya 153 idmançı ilə gəlir

Türkiyə Milli Olimpiya Komitəsi I Avropa Oyunlarında iştirak edəcək idmançılarının sayını açıqlayıb. Simsar.az xəbər verir ki, “ay-ulduzlu” yığma iyunun 12-28-də Bakıda keçiriləcək yarışa 153 idmançı ilə qatılacaq.

Bu atletlərdən 90-ı kişi, 63-ü qadındı. Komanda Avropa Oyunlarında baş tutacaq 20 idman növündə təmsil olunacaq.

Türklər Bakı-2015-də atıcılıqda 4, atletikada 1, bədii gimnastikada 4, basketbolun 3X3 növündə 8 (kişi və qadın komandası), velosiped idmanında 6, boksda 13, qılıncoynatmada 3, güləşdə 24, kanoedə 6, karatedə 11, stolüstü tennisdə 2, kamandan oxatmada 2, çimərlik voleybolunda 4 (2 kişi komandası), samboda 1, sinxron üzgüçülükdə 10, su polosunda 13 (kişi komandası), triatlonda 3, voleybolda 24 (1 kişi, 1 qadın komandası) və üzgüçülükdə 12 idmançı ilə mübarizə aparacaqlar. Qonşu ölkənin yığma millisində 2 paralimpiyaçı cüdoçu da yer alacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!