6 May, 2011
Gizli nömrələrə yasaq qoyulacaq

Əli Abbasov: “Nazirlik gizli nömrələrdən edilən zənglərin qarşısını almaq üçün yeni tənzimləyici sənəd hazırlamağı planlaşdırır” 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün gurnalistlərə açıqlamasında gizli nömrələrdən edilən zənglərlə bağlı şikayətlərin çoxaldığını deyib. 

Simsar.az-ın məlumatına görə, nazirlik gizli nömrələrdən edilən zənglərin qarşısını almaq üçün yeni tənzimləyici sənəd hazırlamağı planlaşdırır.

A.Abbasov bildirib ki, gizli nömrələrdən zəng etmək düzgün deyil: “Bununla bağlı müraciətlər, şikayətlər çoxdur. Müəyyən tədbirlər görüləcək. Lakin elə etmək lazımdır ki, bu, mobil operatorların kommersiya fəaliyyətinə mənfi təsir göstərməsin. Nazirliyin belə hallara qarşı mübarizə aparmaq üçün müəyyən səlahiyyətləri var”.

Nazir “Bakcell” və “Azercell” mobil operatorlarının yeni tarif sisteminə keçməsinin mobil rabitə qiymətlərində azalmalara səbəb olacağını da deyib.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!