29 Mart, 2015
Nəzir qutusundan oğurluq etdilər

Masallıda nəzir qutularından oğurluq etmiş 2 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, martın 26-da Sığdaş kənd məscidində olan nəzir qutularından oğurluq edilib.

Masallı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Masallı şəhər sakinləri Elşən Həbibov və Müzəffər Rəcəbov tutulublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!