29 Mart, 2015
Yəmən Rusiyadan kömək istədi

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Misirin Şarm Əl-Şeyx şəhərində davam edən Ərəb Birliyi sammiti çərçivəsində Yəmən Xarici işlər naziri Riyad Yasinlə görüşüb.

Simsar.az xəbər verir ki, Kreml rəhbərinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Yəməndə hər iki tərəfin Rusiyadan kömək istədiyini açıqlayıb:

“Yəməndəki bütün tərəflərlə əlaqə saxlayırıq. Bura Yəmən prezidenti Abdurabbu Mənsur Hadi, keçmiş prezident Əli Abdalluh Saleh və Husilər daxildir. Onlar da təbii ki, problemin həlli üçün bizə müraciət edirlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!