29 Mart, 2015
Bakıya yeni metro vaqonları gətirildi - FOTO+VİDEO

Müqaviləyə əsasən, Azərbaycanın paytaxtı hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq.

“Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC Bakı metropolitetinə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının tədarükünə başlayıb.

Oxu.Az sdelanounas.ru portalının məlumatına istinadən xəbər verir ki, ilk iki qatar martın sonlarında Azərbaycana göndərilib, daha bir qatarın apreldə tədarük edilməsi gözlənilir.

Yeni qatarlar Bakı metropolitetinin üçüncü xətti üçün nəzərdə tutulub.

Müqaviləyə əsasən, Bakı hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Hər qatarın 2 ədəd 81-760B modelli  mühərrikli baş vaqonu, 2 ədəd 81-761B modelli aralıq vaqonu və 1 ədəd mühərriksiz 81-763B modelli aralıq vaqonu mövcuddur. Sifarişçinin tələbinə əsasən, vaqonlarda birbaşa keçid nəzərdə tutulub, lakin onlar 81−760А/761А/763А tipli vaqonlardan ön hissəsinin görünüşü, salonun interyeri və digər rəngdə olması ilə fərqlənir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!