28 Mart, 2015
Şri-Lanka prezidentinin qardaşı baltalandı

Şri-Lanka prezidentinin qardaşı, iş adamı Priyantxa Sirisena aldığı balta yarasından dünyasını dəyişib.

Simsar.az-ın məlumatına görə, Priyantxa Sirisena bu gün paytaxt Kolomboda xəstəxanada dünyasını dəyişib.

Hadisə cümə axşamı prezident Maytripala Sirisenanın doğma şəhəri, Kolombodan 215 kilometr aralıda yerləşən Polonnaruvada baş verib. Adı bildirilməyən adam "şəxsi münaqişə" zəminində balta ilə Priyantxa Sirisenanın başına zərbə endirib. Qatil həbs edilib.

Priyantxa Sirisena ailədəki 12 qardaşdan ən kiçiyidir, onun 42 yaşı olub.

Maytripala Sirisena 2015-ci ildə hakimiyyətə gəldikdən sonra öz qohumları üçün mühafizədən imtina edib, şəxsi mühafizlərinin sayını xeyli azaldıb.

Prezident Maytripala Sirisena:

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!