27 Mart, 2015
Serj erməniləri işə saldı

Rusiya aeroportlarından istifadə edən Ermənistan vətəndaşlarına "Duty Free"dən istifadə etmək qadağan edilib.

Simsar.az-ın məlumatına görə, buna səbəb Ermənistanın Avrasiya iqtisadi ittifaqına qoşulması olub.

Sarkisyanın ötən il Minskdə imzaladığı sənəddən sonra bu ölkənin vətəndaşları vergisiz ticarətlə məşğul olan mağazalarından istifadə etmək hüququndan məhrum olublar. Yəni, "Duty Free" mağazalarından ermənilərə heç nə satılmır.

Burada digər bir məqam ondan ibarətdir ki, sərnişinin Moskvaya hansı ölkədən səfər etdiyi nəzərə alınmır. Əsas əhəmiyyətli amil kimi sərnişinin son mənzilidir.

Yəni, əgər sərnişin Ermənistana səfər edirsə ona "Duty Free"dən vergisiz ticarət etmək hüququ verilmir. Ermənilərdən isə bu hüququ prezident postuna seçdikləri Serj Sarkisyan alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!