27 Mart, 2015
Prezident fəxri ad verdi

Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşına fəxri ad verilib.

Simsar.az-a verilən məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərar verib:

"Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adı verilsin".

Qeyd edək ki, İqor Leonidoviç Kərimov bundan öncə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!