27 Mart, 2015
Ermənilərə şərt qoyuldu

"Ermənistan qonşuları ilə yaxşı davranmağı öyrənməlidir".

Simsar.az-ın məlumatına görə, bunu NTV-yə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Türkiyənin qondarma soyqırımın yüz illiyindən sonra protokolları canlandırmaq planı var?" sualına cavabında nazir belə deyib.

Nazir bildirib ki, münasibətlərin normallaşması üçün ermənilərin sadəcə soyqırım iddialarından deyil, işğal etdiyi torpaqlardan da çəkilməsi gərəkdir.

"Ermənistanın bu bölgədə sülh içərisində yaşadıqlarını göstərməsi lazımdır. Bütün qonşuları ilə problemi olan bir ölkənin "xəta məndədir, ya başqalarında?" deyə düşünməsi lazımdır. Biz Ermənistan ilə münasibətlərimizi normallaşdırarıq amma bu şərtlərimiz yerinə yetirilsə".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!