27 Mart, 2015
Həftəsonuna hava proqnozu

Yaxın iki gün ərzində hava şəraitində ciddi dəyişiklik olmayacaq, mülayim hava hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında martın 28-də temperatur gecə 5-9˚, gündüz 10-15˚ isti olacaq.

Azərbaycanın rayonlarında da martın 28-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntı olacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında temperatur gecə 3-8˚, gündüz 11-16˚, bəzi yerlərdə 18˚ isti, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 7-12˚ isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!