27 Mart, 2015
Sürücülərə şad xəbər

Bakının Nərimanov rayonunda yol təmiri davam edir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, rayon ərazisində Şəmsi Bədəlbəyli küçəsində təmir işləri yaxın günlərdə başa çatacaq.

"Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Axşam saatlarınadək Rəşid Behbudov küçəsi ilə kəsişmədən Azadlıq prospektilə kəsişməyədək olan hissəsdə asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşacaq. Yaxın 2 gün ərzində küçədə nəqliyyatın hərəkəti təmin olunacaq", - deyə Pünhan Mürsəliyev bildirib.

Qeyd edək ki, Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar paytaxtda bir çox yollar əsaslı təmir olunur.

Bundan başqa, paytaxtda bir neçə yeni yol tikilir. Görülən bütün işlər oyunların başlamasına bir həftə qalmış yekunlaşacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!