6 May, 2011
Şagirdlər tədris yükü altında

Azay Quliyev: “Rusiyada I, II siniflərdə altı, Türkiyədə yeddi, Azərbaycanda isə doqquz fənn tədris olunur”

Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev orta məktəblərdə tədrisin mürəkkəb olduğuna diqqət çəkib. 

Simsar.az-ın məlumatına görə, deputat bildirib ki, tədrisin ağırlığından valideynlər də narazıdır: “Bu gün təhsil mövcud kurrikuluma uyğun gəlmir. Biz yeni təhsil sisteminə keçsək də, qüsurlar göz qabağındadır. Dərsliklərin məzmunu və materialların həcmi də düzgün müəyyənləşməyib. Rusiyada I, II siniflərdə altı, Türkiyədə yeddi, Azərbaycanda isə doqquz fənn tədris olunur. Hesab edirəm ki, bizdə bu məsələyə yenidən baxılmalıdır”.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!