6 May, 2011
Qüdrət Həsənquliyev repetitorlara qarşı çıxdı

“Biz yoxsul və orta təbəqənin taleyini fikirləşməliyik”

“Bizim qəbul elədiyimiz Konstitusiyada normativ sənədlərin çox sabit olması nəzərdə tutulsa da bu, tez-tez dəyişilir. Tələbə qəbulu qaydalarına müəyyən düzəlişlər edilməsi buna misaldır”. 

Simsar.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat İqbal Ağazadə deyib. Onun sözlərinə görə, hər dəfə TQDK sədri Məleykə Abbaszadə bildirir ki, ölkədəki orta məktəblərdə tədris işi yaxşı təşkil olunmayıb. Buna görə də ildən-ilə test sualları çətinləşdirilir. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur:

“Gəlin yoxlayaq görək neçə faiz tələbə repetitorsuz ali məktəblərə qəbul olunur? Bütün orta məktəb şagirdləri repetitor yanına gedir və nəticədə ali məktəblərə qəbul imtahanlarında riyaziyyat və digər fənlərlə bağlı suallara cavab verə bilmirlər. Çünki çalışırlar ki, yalnız imtahan verdikləri fənləri öyrənsinlər. Təhsil Nazirliyi orta məktəblərdə orta səviyyədə test sualları müəyyənləşdirməlidir. Hesab edirəm ki, biz yoxsul və orta təbəqənin taleyini fikirləşməliyik. Repetitor valideynlərin büdcəsinə ciddi ziyan vurur”.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!