23 Mart, 2015
Sabah hava necə olacaq?

Martın 24-də Azərbaycanda hava yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək.

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!