23 Mart, 2015
Ağ ev üçün yeni namizəd

ABŞ-da Respublikaçılar Partiyasından olan senator Ted Cruz prezidentliyə namizədliyini verəcək.

Simsar.az-ın məlumatına görə, o, bu barədə martın 23-də Tvitter səhifəsində yazıb.

T.Cruz mühafizəkar hərəkatın lideridir və bu addım çoxdan gözlənilirdi. Beləliklə, 44 yaşlı senator 2016-cı il prezident seçkisi üçün namizədliyini verən ilk tanınmış namizəd olacaq. O, bu gün Virciniya ştatında Azadlıq Universitetində çıxışı zamanı namizədliyindən söz açacaq.

Xatırladaq ki, T.Cruz bir müddət əvvəl yaydığı videoda deyib: "Cəsarətli mühafizəkarların yeni nəsli Amerikanı yenidən güclü edəcək.”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!