6 May, 2011
Əli Məsimli maaşların qaldırılmasının nəticə verməyəcəyini düşünür

“Süni qiymət artımı mütəşəkkil cinayətkarlıqdır”

“Bir neçə ildir pensiya və maaşlar artan kimi bazarda qiymətlər də dərhal artır. Əmək haqları 20 faiz artacaqsa, malların qiymətini də o qədər qaldıracaqlar. Buna qarşı mübarizə aparmaq, haqsız rəqabətə qarşı müqaviməti gücləndirmək üçün Milli Məclis bu prosesə qoşulmalıdır”.

Simsar.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli bildirib. O, deyib ki, süni qiymət artımı mütəşəkkil cinayətkarlığın bir növü kimi qiymətləndirilməli və buna yol verənlər cəzalandırılmalıdır.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!