19 Mart, 2015
Asim Mollazadə senatorlarla görüşdü

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliya Demokratik İşçi Partiyasının lideri və parlamentdəki fraksiya rəhbəri, senator Cristovam Buarque və digər senatorlarla görüşüb.

Simsar.az  xəbər verir ki, Cristovam Buarque Asim Mollazadənin şərəfinə nahar verib və ölkəmizlə bağlı dəyərli fikirlərini bölüşüb. Asim Mollazadə də öz növbəsində senatorlara ölkəmiz barədə ətraflı məlumat verib. Görüşdə həmçinin Azərbaycan-Braziliya əlaqələrinin, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!