19 Mart, 2015
ABŞ Nümayəndələr Palatasına “erməni soyqırımı” layihəsi təqdim olunub
ABŞ Nümayəndələr Palatasına uydurma “erməni soyqırımı” ilə bağlı növbəti qərar layihəsi təqdim olunub.

Simsar.az-ının “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, layihə erməni lobbisinə yaxın konqresmenlər – respublikaçılar Robert Dold, David Paladao və demokratlar Frank Pallone və Adam Şiff tərəfindən hazırlanıb. Layihədə ABŞ prezidenti “erməni soyqırımı”nı tanımağa çağırılır.

Sənəd əvvəlcə palatanın Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq. Komitədə qəbul edilərsə, sənədin Nümayəndələr Palatasında müzakirəsi və səsverməyə qoyulması palatanın sədrindən asılı olacaq. A. Şiff layihəyə 46 konqresmenin dəstək verdiyini söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!