19 Mart, 2015
ABŞ hərbçiləri Moskvaya gedəcək

Rusiya Müdafiə Nazirliyi mayın 9-da Qızıl Meydanda keçiriləcək paradda iştirak etmək üçün ABŞ tərəfinə dəvət məktubu göndərib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Russia Today" kanalının efirində Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib.

"Biz amerikalı həmkarlarımızı mayın 9-da keçiriləcək paradda iştirak etməyə dəvət etmişik. Qərar onlarındır", - deyə A. Antonov bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!