19 Mart, 2015
DƏHŞƏT: 30 yaşlı qadın iş yerində öldürüldü - FOTO

Sumqayıtda qətl törədilib.

Şəhər Prokurorluğundan Simsar.az-a verilən məlumata görə, hadisə bu gün baş verib. Şəhər sakini, 30 yaşlı Esmira Şirbala qızı Hüseynovanın işlədiyi mağazanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətl baş verən yerin fotoları sosial şəbəkələrdə yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!