19 Mart, 2015
CEV rəhbərliyi Bakıdadır

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və vitse-prezident Yan Xronik yenidən Bakıya gəliblər. Voleybol Federasiyasından Simsar.az saytına verilən məlumata görə, səfərdə məqsəd Bakı-2015-ə hazırlıqların gedişatı ilə tanış olmaqdır.

CEV rəhbərliyi iyunda paytaxtımızda baş tutacaq ilk Avropa Oyunları ilə bağlı Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə görüşərək, bir sıra müzakirələr aparıb. Həmçinin, ölkəmizdə 2 günlük səfərdə olacaq Meyerlə Xronik Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri ilə son hazırlıqlar barəsində də söhbət edib, öz tövsiyələrini veriblər. 

Qeyd edək ki, Bakı-2015-də klassik və çimərlik voleybolu üzrə yarışlar olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!