19 Mart, 2015
Biz Azərbaycanla sıx əməkdaşlıq qururuq - NATO RƏSMİSİ

“NATO münaqişələrin sülh yolu həlli istiqamətində ATƏT kimi digər beynəlxalq təşkilatların fəaliyyətini dəstəkləyir”. APA-nın məlumatına görə, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə rezident zabiti Vilyam Lahue deyib.

V. Lahue bildirib ki, NATO-nun təhlükəsizliyi təminetmə işi ilk növbədə üzv ölkələrin təhlükəsizliyini təmin etməkdən ibarətdir. O qeyd edib ki, alyans münaqişələrin sülh yolu ilə həlli işinə birbaşa cəlb olunmayıb: “NATO bütün ölkələrdə, xüsusilə qonşu ölkələrdə stabilliyin olmasında maraqlıdır. Ona görə də biz Azərbaycan kimi tərəfdaşlarla sıx əməkdaşlıq qururuq. Azərbaycanla əməkdaşlığın məqsədi həm də stabillik və təhlükəsizliyin təmin olunmasına yönəlib. Bizim digər əməkdaşlıq edə biləcəyimiz sahələrdə yaxınlaşma prosesi davam edir. Azərbaycan alyansın müxtəlif təşəbbüslərinin aktiv iştirakçısıdır”.

Azərbaycanın NATO-ya daxil olması perspektivi ilə bağlı suala cavab verən V. Lahue bunun Azərbaycanın suveren qərarı olduğunu deyib: “Bu gün Azərbaycan tam şəkildə tərəfdaş ölkə kimi NATO-ya inteqrasiya edib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!