19 Mart, 2015
SOCAR 1 mlrd. manata yaxın kredit götürəcək

SOCAR Azərbaycanda yeni inşa ediləcək Neft-Qaz və Neft Kimya Kompleksinin (OGPC) tikintisini maliyyələşdirmək üçün Azərbaycan Mərkəzi Bankından kredit cəlb edəcək.

Simsar.az-ın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı alyanslarla layihə maliyyələşdirilməsi prinsipi ilə danışıqlar davam etdirilir: “Biz çalışırıq ki, kompleksin tikintisində üzərimizə düşən 80% maliyyəni öz qaynağımız olan Mərkəzi Bankdan aldığımız uzunmüddətli kreditlə verək. Qalan 20% hissəsini isə ixrac banklarından cəlb edək”.

O bildirib ki, Mərkəzi Bankdan cəlb olunacaq kredit bir mlrd. manata yaxın olacaq. Kredit layihənin tikintisinə başlayanda 10 il müddətinə götürüləcək: “Kredit 5 il müddətinə ödənişin uzadılması ilə cəlb ediləcək. Düşünürəm ki, 3-4 il müddətinə layihənin tam tikilib istifadə verilməsi mümkün olacaq”.

Onun sözlərinə görə, OGPC-də tender prosedurları aparılır: “Düşünürəm ki, bu yay aylarında artıq tenderin elan ediləcək və podratçı alyanslar seçiləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!