19 Mart, 2015
Putin Ermənistana səfər edəcək

usiya prezidenti Vladimir Putinin Ermənistana səfəri aprelin 20-dən sonra baş tuta bilər.

Simsar.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hazırda səfərin tarixinin müəyyənləşdirildiyini bildirib.

“Həqiqətən də səfərlə bağlı məsələ gündəlikdədir. Səfər hazırlanır və müzakirə olunur”, - deyə o vurğulayıb.

Peskov bildirib ki, səfərin vaxtı təsdiqlənən kimi ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!