6 May, 2011
AZƏRBAYCAN HİMNİNİN DƏYİŞİLMƏSİ SÖHBƏTİ BİTDİ

Əbülfəs Qarayev: "Bu söhbət tamamilə boş yerdən çıxıb"

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son vaxtlar mətbuatda Azərbaycan Dövlət himninin mətninin dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Nazir Lent.az-a açıqlamasında belə bir məsələnin olmasını qəti şəkildə təkzib edib: “Bu söhbət tamamilə boş yerdən çıxıb. Bizim nazirlik də bu mövzu barədə mətbuatdan eşidib. Bizim xəbərimiz yoxdur. Biz bununla məşğul olmuruq və olmayacağıq da. Çünki belə bir məqsədimiz yoxdur. Bunu birdəfəlik bilsinlər”.

Xatırladaq ki, “Yeni Müsavat” qəzeti Azərbaycan Dövlət Himninin mətninin dəyişdirilməsi üçün tapşırıq verildiyini və bu işin Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunduğunu yazmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!