19 Mart, 2015
Bakıda “Şərq Rapsosiyası”

“Astana Balet” teatrı Bakıda “Şərq Rapsosiyası” proqramını təqdim edəcək

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Astana Balet” teatrı kollektivinin çıxışı olacaq. Müasir xoreoqrafiya yeni istiqamət və cərəyanı təmsil edən “Astana balet”in kollektivi maraqlı yaradıcı layihələrlə bir sıra ölkələrdə və şəhərlərdə - Pekin, Şanxay (Çin), Seul (Koreya), Paris (Fransa), Vyana (Avstriya), Moskva, Sankt-Peterburq (Rusiya) və s. qastrol səfərlərində olub. Bu kollektivin tamaşaçıları arasında müxtəlif nəsillərin nümayəndələri var.

Bakıda təqdim olunacaq proqram “Şərq rapsodiyası” adlanır və müxtəlif stillərdə olan nömrələrdən ibarətdi. Proqrama ayrı-ayrı xalqların koloritini əks etdirən parlaq rəqslər daxil edilmiş və rəqslərin quruluşu müxtəlif qazax və habelə xarici baletmeysterlər tərəfindən həyata keçirilib.
“Şərq rapsodiyası”nın proqramında N.Rimski-Korsakov, Q.Qarayev və A.Borodin kimi dünya klassiklərinin musiqiləri, həmçinin milli xoreoqrafik kompozisiyalar – “Kus-Jolı”, “Kız Jibek”, “Qazax valsı” və s. nömrələr səslənəcək.

Nigar
Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!