19 Mart, 2015
Ovçuluq etmək istəyən rüsum ödəyəcək – Fərman

Azərbaycanda fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər 1100 manat rüsum ödəyəcəklər.

Simsar.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə fərdi ovçuluq təsərrüfatlarının təşkili ilə bağlı maddə əlavə edilib.

Fərdi ovçuluq təsərrüfatı ilə məşğul olmaq istəyənlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1100 manat rüsum ödəməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!