19 Mart, 2015
Avro möhkəmlənməkdə davam edir

Bu gün martın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

Simsar.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 19-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0486 manat səviyyəsində müəyyən edilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0172 manat və ya 1,6% bahalaşaraq 1,1290 manat olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!