6 May, 2011
SƏYAVUŞ NOVRUZOV İQBAL AĞAZADƏNİN İSTƏYİNƏ QARŞI ÇIXDI

“Onlar axıra kimi cəzalarını çəkməlidirlər”

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Cari məsələlərin müzakirəsi zamanı deputat İqbal Ağazadə 28 May - Respublika Günü mübasibəti ilə amnistiya verilməsi təklifi ilə çıxış edib. 

Simsar.az-ın məlumatına görə, İ.Ağazadə İctimai Palatanın mitinqlərində saxlanılaraq barələrində cinayət işi açılan şəxslərin amnistiyaya salınmasını xahiş edib.

Onun təklifinə həmkarı Səyavuş Novruzov sərt reaksiya verib. Deputat deyib:

“Amnistiya heç bir ciddi cinayət törətmiş şəxsə şamil olunmamalıdır. “Əgər bu gün hansısa jurnalist, hansısa siyasətçi xarici dövlətdən maliyyələşərək, vətəninə xəyanət edirsə, o, siyasi məhbus deyil, əsl cinayətkardır. Ona görə də onlar axıra kimi cəzalarını çəkməlidirlər”.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!