6 May, 2011
"Hicab aksiyası" baş tutmadı

Dindarlar saxlanılaraq polis bölmələrinə aparıldı

Təhsil Nazirliyinin qarşısında aksiya keçirən dindarlar saxlanılıb 

Təhsil Nazirliyi qarşısında aksiya keçirən dindarlardan əksəriyyəti saxlanılaraq, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin bölmələrinə aparılıb.


Simsar.az-ın verdiyi məlumata görə, Nazirliyin yaxınlığındakı yollarda tıxaclar yaranıb. Tezliklə aksiyanın qarşısı alınıb. Hazırda Təhsil Nazirliyinin qarşısında 100-150 nəfər polis əməkdaşı var və onlar da ərazini tərk edir. 

Qeyd edək ki, hadisə barədə məlumat daxil olan kimi Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayının və rayonların polis idarələrin əməkdaşları Təhsil Nazirliyinin qarşısına gəliblər.

Xatırladaq ki, bu gün saat 11.00 radələrində bir qrup dindar Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları arasında kişilərlə yanaşı çarşablı qadınlar da olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!