18 Mart, 2015
“Bakı” – “Simurq” matçında dava düşdü

Topaz Premyer Liqasının 26-cı turunda “Bakı” doğma azarkeşləri önündə “Simurq”u qəbul edir.

Futbol24.az xəbər verir ki, Zaqatala təmsilçisinin ilk hissəni 2:0 hesabı ilə bitirdiyi qarşılaşmanın fasiləsində ara qarışıb.

Ev sahibinin soyunub-geyinmə otağına gedən koridorda dava düşüb. Bakılılar qonaq komanandanın vurduğu ikinci qola etiraz edib. Etirazın davamında isə “zolaqlılar”ın rəsmiləri hakimlərə sərt reaksiya bildirib. Bunun nəticəsində dava düşüb. Polisin hadisəyə müdaxilə etməsindən sonra ara sakitləşib.

Maraqlıdır ki, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca komandanı ikinci hissəyə çıxartmaq istəməyib. Türkiyəli çalışdırcını son anda razı sala biliblər. İş burasındadı ki, Uzunca hakimlərin onlara qarşı qərəzli olduğunu düşünür. O, ikinci hissədə hər kəsin eşidəyəci tərzdə mədəni dildə desək, “Bəsdirin bizi yıxıb, sürüdüz” söylədi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!