6 May, 2011
İlham Əliyev Ağcabədiyə getdi

Prezidentə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib. 

Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında yeni yaşıllıq zolağı salınıb, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!