6 May, 2011
Gəncə və Şəkinin rəqəmsal kadastr xəritələri yaradılacaq

Hər iki şəhərdə «Kadastr və daşınmaz əmlakın qeydiyyatı» layihəsinin icrasına başlanılıb

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Almaniyanın KFW Bankının və GFA/GCİ Consorsium məsləhətçi şirkətinin iştirakı ilə Gəncə və Şəkidə Almaniyalı mütəxəssislərin iştirakı «Kadastr və daşınmaz əmlakın qeydiyyatı» layihəsinin icrasına başlanılıb. 

Layihə Azərbaycan höküməti və Almaniya Federativ Respublikası arasında maliyyə əməkdaşlığı haqqında sazişə əsasən həyata keçirilir. Bu barədə Simsar.az-a layihənin icrasında iştirak edən beynəlxlaq akspert İosif Saluvadze məlumat verib.

Onun bildirdiyinə görə, layihənin başlıca məqsədi Gəncə və Şəkidə daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və kadastrı sisteminin daha da inkişaf etdirilməsi, torpaq islahatı zamanı torpaq hissələri üzərində atributların böyük hissəsinjə yaranan problemləri aradan qaldırmaqdır. Layihə ilə hər iki şəhərin rəqəmsal kadastr xəritələri yaradılacaq.

Vüsalə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!