6 May, 2011
Mobil danışıq taarifləri ucuzlaşacaq

“Yaxın vaxtlarda mobil rabitə şirkətlərinin danışıq taarifləri ucuzlaşmasını görəcəyik”

Simsar.az-ın verdiyi məlumata görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov söyləyib. O, mobil operatorların manat sisteminə keçidinin də qiymətlərin şəffaflığı və ucuzlaşmasına hesablandığını vurğulayıb. 


Əli Abbasov gizli nömrələrdən zənglə bağlı məsələyə də toxunub. O deyib ki, son vaxtlar bununla bağlı çoxlu şikayətlər daxil olur: “Məhkəmə yolu ilə bu kimi hallarda inzibati cəzalar nəzərdə tutulub. Ancaq abonentin məhkəməyə müraciəti proseduru uzun çəkir. Buna görə də Rabitə və İnformasiya Kommunikasiyaları Texnologiyaları Nazirliyi sənəd hazırlayır və bu il ərzində həmin sənəd hazır olacaq. Sənəddə bu kimi hallara qarşı tədbirlər nəzərdə tutulacaq. Bu halda mobil operatorların kommersiya maraqlarına ziyan dəyməməsi də nəzərə alınacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!