6 May, 2011
Dram Teatrında Adil İsgəndərov gecəsi

İctimaiyyət görkəmli sənətkarın 101-ci ilini qeyd etdi

Mayın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, rejissor, SSSRİ xalq artisti Adil İsgəndərovun doğumunun 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Gecədə tanınmış aktyorlar, rejissorlar, sənətkarın tələbələri iştirak ediblər. 

İlk söz alan Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Adil İsgəndərovun yaradıcılığından geniş söhbət açıb, onu “məktəb, ustad və tarixi şəxsiyyət” adlandırıb.

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov isə Adil İsgəndərovun teatra rəhbərlik etdiyi illəri “qızıl dövr” kimi dəyərləndirib. Sonra müxtəlif illərdə çəkilmiş sənədli filmlərdən kadrlar və onun vaxtilə quruluş verdiyi tamaşaların yenilənmiş versiyasından parçalar nümayiş etdirilib.

Gecənin aparıcısı teatrşünas Məryəm Əlizadə sənətkarın qoyduğu ənənələrin bugün də yaşadığını vurğulayıb və o dövrdə işləməyin necə çətin olduğunu anladıb.

Adil İsgəndərovun bu il 101 yaşı tamam olur. Sadəcə, teatr keçən il təmirdə olduğu üçün 100 illiyi bu il keçirilib.


Mahir

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!