6 May, 2011
İsa Qəmbərin oğlu hərbi xidmətini niyə davam etdirə bilmədi?

İlkin Qəmbər barədə ailəsi və Müdafiə Nazirliyi məlumat yaydı 

Müsavat başqanı İsa Qəmbərin oğlu İkin Qəmbər 4 aydan sonra əsgərlik xidmətini yarımçıq qoymalı olub. 

İ.Qəmbərin ailəsindən verilən musavat.com-a verilən məlumata görə, onun səhhətində problem yaranıb: “İlkinin xəstəliyi artıb. Hospitalda 20 gün ərzində aparılan müalicə onun həyatına birbaşa təhlükəni aradan qaldırsa da, əlavə və ciddi müalicə almasına ehtiyac var. Bu müalicə ya xarici ölkələrdən birində, ya da Azərbaycanda həyata keçiriləcək ”.

Bu gün Müdafiə Nazirliyi mətbuat xidmətiİ.Qəmbərin ordu sıralarından təxris olunması faktına aydınlıq gətirib. MN mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin Simsar.az-a verdiyi məlumata görə, İ.Qəmbər xəstəliyi ilə əlaqədar Milli Ordunun sıralarından tərxis olunub.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!