6 May, 2011
Dindarlar aksiyaya başladı

Polislər Təhsil Nazirliyi qarşısına toplaşır

Bu gün saat 11 radələrindən başlayaraq, bir qrup dindar Təhsil Nazirliyinin qarşısında aksiya keçirir.

Simsar.az-ın müxbirinin verdiyi məlumata görə, 35-40 nəfərdən ibarət olan qrup nazirliyin qarşısında toplaşıb və şüarlar səsləndirirlər. 

Aksiya iştirakçıları arasıında kişilərlə yanaşı çarşablı qadınlar da var. Hazırda əraziyə polis qüvvələri cəmləşir.

Nərimanov rayon Polis İdarəsindən Simsar.az-a bildiriblər ki, aksiya barədə onlara məlumat daxil olub və həmin əraziyə qüvvə göndəriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!