6 May, 2011
Yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, bəzi yerlərdə dumanlı olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. 

Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 6-da hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!