5 May, 2011
Alnında dili olan buzov doğulub - FOTO

Buzovu fərqləndirən başının üst hissəsində dilin olmasıdır

Gəncənin “Avtozavod” qəsəbəsində yaşayan Elman Abbasovun şəxsi təsərrüfatında qeyri-adi inək balası doğulub. Simsar.az-ın  məlumatına görə, buzovu fərqləndirən başının üst hissəsində dilin olmasıdır. E. Abbasov bildirib ki, buzova baxış keçirən zaman başının ortasında əlavə ət parçası müşahidə edib və diqqət yetirdikdə bunun dil olduğunu görüb. E. Abbasov buna baxmayaraq, buzovun sağlam olduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!