5 May, 2011
Elmira Süleymanova Nuşirəvan Məhərrəmliyə müraciət etdi

Əlilliyi olan insanlara televiziyalar şərait yaratsın

Ombudsman Elmira Süleymanova Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib. APA-nın məlumatına görə, bu barədə Ombudsman bu gün “Əlilliyi olan insanların əmək hüquqları: problemlər və perspektivlər” mövzusunda keçirilən dəyirmi masada bildirib. 

E. Süleymanova deyib ki, MTRŞ-ya edilən müraciətdə eşitmə qabiliyyətini tam və ya qismən itirmiş əlillərin zəruri informasiyalarla təmin olunması sahəsində problemləri aradan qaldırmaq üçün ictimai əhəmiyyəti olan informasiya və digər televiziya verilişlərinin, o cümlədən əlillərin cəmiyyətə sosial inteqrasiyası problemlərini işıqlandıran proqramların subtitrləşdirilməsi üçün tədbirlərin görülməsini xahiş edib.

Ombudsmsanın məktubunda subtitrlərlə kino və video məhsulların buraxılması da təklif edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!