5 May, 2011
Mənzillər köçkünlərdən alınıb sahibinə veriləcək

Bakı şəhərində məcburi köçkünlər tərəfindən «zəbt» olunmuş 3 minə yaxın mənzil var

Bakı şəhərində ayrı-ayrı şəxslərin evlərində məskunlaşmış və «zəbt» hesab olunan mənzillərdəki məcburi köçkünlərin köçürülməsinə başlanıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, artıq 20-dək mənzil əvvəlki sahibinə təhvil verilib. Proses davam edəcək.

Qeyd edək ki, Bakı şəhərində məcburi köçkünlər tərəfindən «zəbt» olunmuş 3 minə yaxın mənzil var.

Ə. Həsənov Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədən məcburi köçkünlərin köçürüləcəyini də vurğulayıb. Bunun üçün adıçəkilən qəsəbədə yerin ayrılması məsələsinə baxılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!