5 May, 2011
Məcburi köçkünlər üçün bina tikilir

“Yeni Sumqayıt” yaşayış massivi salınacaq

Azərbaycanın Sumqayıt şəhərinin ilk yaşayış massivi olan və hazırda «İnşaatçılar» adlanan ərazisindəki köhnə tikililər sökülərək orada məcburi köçkünlər üçün çoxmərtəbəli binalar inşa olunacaq.

“APA-ECONOMICS”in məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, buradakı «fin» tipli evlər İkinci Dünya müharibəsindən sonra, Sumqayıt şəhərinin tikintisində iştirak edənlər üçün inşa olunub və artıq istismar müddətini başa vurub: «Oradakı evlər, əsasən, bir və ikimərtəbəlidir. Ərazidə infrastruktur mövcuddur. Ora Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bir yerdə baxmışıq və ölkə rəhbərliyinə məruzə olunub. Dövlət başçısı bu məsələyə razılıq verib, hazırda sənədləşmə işləri aparılır».

“Qaçqınkom” sədri orada məcburi köçkünlər üçün salınacaq yaşayış massivinin “Yeni Sumqayıt” adlanacağını da söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!