5 May, 2011
Misir Mərdənovdan test suallarına təklif

Nazir ictimaiyyətin fikrinə ehtiyac olduğunu deyir

“Azərbaycanda test suallarını imtahanlardan əvvəl ictimaiyyətin müzakirəsinə çıxarmaq daha yaxşı olar”.

Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərin suallarına cavab olaraq təhsil naziri Misir Mərdanov bildirib: “Çünki hər il test imtahanlarından sonra əvvəlki nöqsanlar nəzərə alınır, tapşırıqlar verilir. Suallar ictimaiyyət tərəfindən müzakirə olunsa, fikirlər nəzərə alınsa, bu, daha effektli olar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!