5 May, 2011
“Son zəng” gəzintisi bu dəfə də olmayacaq

Misir Mərdanov: "Hər dəfə belə gəzintilər olanda əxlaqa, tərbiyəmizə yaraşmayan hallar baş verir"

““Son zəng” mərasimlərinin keçirilməsi hər bir orta məktəbin özünə həvalə olunacaq”.

Simsar.az -ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, bununla bağlı orta məktəblərə tapşırıq veriləcək: “Hər bir məktəbə tapşırılacaq ki, “son zəg”lə bağlı kütləvi gəzintilər olmasın. Hər dəfə belə gəzintilər olanda əxlaqa, tərbiyəmizə yaraşmayan hallar baş verir. Ona görə də bu il göstəriş veriləcək ki, belə gəzintilərin qarşısı alınsın. “Son zəng” tədbirləri hər bir orta məktəbin daxilində keçirilməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!