4 May, 2011
Mirmahmud Mirəlioglu, Əli Əliyev və Əvəz Temirxan bir arada

Birləşmə məsələsi müzakirə olunub

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında KXCP sədri Mirmahmud Mirəlioğli, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. Bu, adıçəkilən partiya sədrlərinin son həftələrdə reallaşan silsilə təmasları çərçivəsində baş tutan sayca üçüncü görüşüdür. 

KXCP, VİP və ALP sədrlərinin üçtərəfli görüşündə ölkədəki ictimai-siyasi durum və müxalifətdaxili inteqrasiya təşəbbüslərinin perspektivi ətraflı müzakirə olunub. Tərəflər ölkədə köklü və real dəyişikliklərin həyata keçirilməsinin, eyni zamanda müxalifət qüvvələrinin bir araya gəlməsinin zəruriliyini bildiriblər. Müxalifətin mövcud durumu üzərində geniş dayanan partiya sədrləri əks siyasi düşərgənin yenidən toparlanması üçün təcili addımların atılmasına ehtiyac olduğunu önə çəkiblər.

Qarşılıqlı razılaşmaya əsasən, görüşlərin davam etdirilməsi və təkliflərin müzakirə olunaraq dəyərləndirilməsi qərara alınıb.

RAMIL





Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!