6 Mart, 2015
ABŞ-da daha bir müsəlman öldürüldü

ABŞ-da daha bir müsəlman öldürülüb.

Simsar.az-ın məlumatına görə, hadisə Dallas şəhərində baş verib. Belə ki, 36 yaşlı Əhməd əl-Cumayli ailəsi ilə birgə şəkil çəkərkən ona atəş açılıb. Ağır yaralanan Əhməd əl-Cumayli xəstəxanaya yerləşdirilir. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda deyilir ki, İraq vətəndaşı olan Əhməd əl-Cumaylinin 20 gün əvvəl ABŞ-a gəlib.

Onun qətlində şübhəli bilinən iki nəfər axtarışına başlanılıb.

ABŞ-da yaşayan müsəlman təşkilatları sözügedən ölümün arxasında dini motivin olub-olmamasını araşdırmaq üçün hüquq-mühafizə oraqnlarına müraciət ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!