6 Mart, 2015
Elxan Məmmədov: "Daha böyük uğurlar gözləyirik"

AFFA-nın baş katibi Elxan Məmmədov Hesabat Konfransında çıxış edib. Simsar.az-ın məlumatına görə, federasiya rəsmisi ötən il klub və yığma səviyyələrində əldə olunan nailiyyətlər barədə danışıb.

Əsas yığmamızın ötən il fiaskoya uğramasını nəzərə alan Məmmədov yeniyetmələrin nəticələrini qabardıb: "U-17 və U-19 yığmalarımızın Avropa çempionatının Elit raunduna çıxması bizi sevindirir. Bu mərhələdə zəif rəqib yoxdu. Oktyabrdan "Mançester Yunayted"in futbol məktəbi paytaxtımızda fəaliyyətə başlayıb. Azərbaycan üçün bu, böyük brenddi. 10 yaşadək liqada 1053 uşaq məşq edir. Bu da Azərbaycanda futbolun kütləviləşməsində böyük rol oynayır.

Sevindiricidi ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Yeni mövsümdə daha böyük uğurlar gözləyirik. 2020-ci ildə Bakını böyük bayram gözləyir. Biz Avropa çempionatının oyunlarını qəbul edəcəyik. Həmin dövrə başlıca məqsədimiz güclü milli komandaya sahib olmaq və oyunların keçirilməsini yüksək səviyyədə təşkil etməkdi".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!